Ukraynada tutulan bütün etirazçılar azad olundu

Ukrayna müxalifəti bildirir ki, son 3 ayın etirazlarında tutulan bütün müxalifətçilər amnistiya aktı ilə azadlığa buraxılıb.

Müxalifətin məlumatına görə 234 etirazçı azad olunub.

Parlament amnistiya haqda qanunu siyasi böhranın həlli kimi qəbul edib.

Ukraynanın baş prokuroru Pshonka deyib ki, amnistiya qanununa görə, müxalifətçilər tutduqları bütün hökumət binalarını boşaldanda tutulanlara qarşı cinayət işlərinə xitam veriləcək. Müxalifət tutulnaların şərtsiz buraxılmasını tələb edirdi.