Naxçıvanda zabitin zabiti vurduğu deyilir…

Foto: Arxiv

-
Naxçıvanda «N» saylı hərbi hissənin leytenantı Emin Hümbətovun silahdan atəş açaraq baş leytenant Samir Məmmədovu yaraladığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna həmin hərbi hissədən məlumat verilib.

Yaralı zabitin hazırda hospitala yerləşdirildiyi, vəziyyətinin orta olduğu bildirilir.

Müdafiə Nazirliyindən də bu hadisənin baş verdiyini təsdiqlədilər.

Nazirliyin məlumatına görə, hadisə ehtiyatsızlıq üzündən baş verib. Baş verən insidentlə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi açılıb.