Naxçıvandakı «Əlincəqala» bərpa edilir

Əlincə Qalası

-
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Culfa rayonundakı «Əlincəqala» tarixi abidəsinin bərpa edilməsi ilə bağlı sərəncam verib.

Sərəncama əsasən, elmi-bərpa layihəsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsi hazırlayacaq.

Əlincə Qalasının tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər.

Orta əsrlərdə dağılan bu qala sonradan əvvəlki səviyyədə bərpa olunmayıb.