Dağlarda donmuş şəlalələr arasında kənd - Laza

Qusarın ucqar dağ kəndi Lazaya gedən təhlükəli yollar.

Laza yolu maşının içindən belə görünür.

Qusarın ucqar dağ kəndi Lazaya gedən təhlükəli yollar.

Laza yolunun üzərində qarşılaşdığımız donmuş şəlalələr.

Laza yolunun üzərində qarşılaşdığımız donmuş şəlalələr.

Laza kəndinin yaxınlığından dağlar arasından görünən Şahdağ istirahət mərkəzinin bir hissəsi.

Qusarın ucqar dağ kəndi Lazaya gedən təhlükəli yollar.

Laza kəndinin girişi.

Təqribən 25 təsərrüfatı olan Laza kəndinin əhalisi tamamilə ləzgilərdən ibarətdir.

Kənd əhalisinin əsas məşğuliyyəti kəndin yerləşdiyi coğrafi şəraitə görə heyvandarlıqdır.

Kənd əhalisinin əsas məşğuliyyəti kəndin yerləşdiyi coğrafi şəraitə görə heyvandarlıqdır.

Laza kəndinin məzarlığı.

Laza kəndinin sakini Xanpəri xala.

Xanpəri xala bu kənddə bir otaqlı evdə tək qalır. Həyətdəki digər evini isə yayda kəndə gələcək qonaqlar üçün saxlayır. Xanpəri xala mal-heyvan saxlasa da əsas geçim qaynağı yayda qonaqların ixtiyarına verdiyi evdə əldə etdiyi gəlirdir.

Onun dediyinə görə bəzən qışda da qonaq olur. Qonaqlara verilən otağın günlük qiyməti təqribən 5-10 manat arasında dəyişilir.

Xanpəri xala deyir ki, kənddə mavi yanacaq olmadığından yanacaq kimi kənd camaatı qış uzunu yayda mal-heyvanın tullantılaından hazırladığı kərmələrdən istifadə edirlər.

Kəndin digər problemi sudur.

Bu kənd sakini bizə suyun haradan gətirildiyini göstərir. O, qeyd edir ki, hər gün səhər dağ dibində olan bulağa kənd camaatı plastik borular taxaraq kəndə su gəirir və axşamlar borular toplanılır ki, donmasın.

Su daşıyan kənd camaatı.

Su daşıyan kənd sakini.

Kəndin qocaman sakinləri: 80 yaşlı Rəqiyyət nənə və həyat yoldaşı 81 yaşlı Nüsrət dayı.

Bu cütlüyün doqquz övladı, 41 nəvəsi, 10 nəticəsi var.

Tövlə ətrafında oynayan uşaq.

Tövlə ətrafında oynayan uşaq.

Laza kəndi.

Laza kəndində qayalıq arasında evlər.

Mal-qarasına qulluq edən Reyhan xala.

Hava soyuq olduğuna görə adətən heyvanlar tövlədən çölə buraxılmır.

Reyhan xala mal-qaraya qulluq edir.

Reyhan xala heyvanlara yem verdikdən sonra tövlə qapısının önünə ot-ələf tökür ki, tövləyə soyuq hava girməsin.

Kənd cavanları.

Təbiəti seyr edən kənd sakinləri.

Kəndin qarlı yolları.

Laza kəndi. Qış olduğundan çöldə kəndlilərə rast gəlmək çətindir.

Kəndin bir hissəsi.

İnəkləri suvarmağa aparan uşaq.

Kənd həyəti.

Kəndin yanında buz bağlamış şəlalə.

Şəlalənin suyu içməli olduğu üçün bir çoxları onun əriyən buzlarından axan suyu içmək məqsədi ilə istifadə edirlər.

Lazanı rayon mərkəzi ilə bağlayan yolun kiçik bir hissəsi.