Əlcəzairdə baş verən təyyarə qəzasında 100-dən çox adam ölüb

Foto arxiv

Əlcəzairin şərqində C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 100-dən çox adam ölüb.

Bu barədə Qərb agentlikləri yerli "Ən-Nahar TV" televiziya kanalına istinadla xəbər verirlər.

Məlumata görə, təyyarədə hərbi qulluqçular və onların ailə üzvləri olub.Qəza ölkənin ölkənin şərqindəki Um-əl-Buaqi əyalətində baş verib.Qəzanın səbəbi hələlik bəlli deyil, araşdırma gedir.