-
2013-cü ildə Gənclər Proqramının icrasına ayrılan vəsaitin həcmi 245 milyon manata çatıb. Bu barədə Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
APA-nın məlumatına görə, Azərbaycanda 250-dən artıq gənclər təşkilatlarının fəaliyyət göstərdiyini açıqlayan İ. Babayev Gənclər və İdman Nazirliyinin 2013-cü ildə gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə 5 milyon manat vəsait ayırdığını nəzərə çatdırıb:
“Bu, Avropa Gənclər Forumunun gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə ayırdığı vəsaitdən çoxdur. Avropa Gənclər Forumu 2013-cü ildə bu məqsədlə cəmi 3 milyon dollar ayırıb. Digər tərəfdən, biz hər il 4-5 min gənc üçün Azərbaycanın müxtəlif məkanlarında düşərgələr təşkil edirik. Azərbaycanda 6 500-dən artıq tarixi abidə var. Bu düşərgələr zəngin qədim tarixi irsi gənclərimizin öyrənməsi üçün təşkil olunur”.