Ünvanlı dövlət sosial yardımının təyini avtomatlaşdırılır

-
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səfir xanım Malena Mård-ı qəbul edib. Bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb.

Görüşdə Səlim Müslümov nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatların həyata keçiriləcəyini vurğulayıb:

“Nəzərdə tutulan institusional islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində şəffaflığın təmin olunması daha da reallaşacaq, əhaliyə göstərilən xidmətlər daha keyfiyyətli və əlçatan olacaq” - deyə nazir bildirib.

Nazir ünvanlı dövlət sosial yardımının təyininin avtomatlaşdırılmasının sonuna kimi yekunlaşdırılmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu deyib.