Ukrayna parlamenti konstitusiya dəyişiklikləri layihəsinə yenidən baxacaq

Ukrayna parlamenti

-
Fevralın 10-da çıxılmaz vəziyyətdə olan Ukrayna parlamentinin konstitusiya dəyişiklikləri layihəsi üzərində işləyəcəyi gözlənir.

Ukrayna Maydanına yığılan minlərlə etirazçı ölkə konsitusiyasının 2004-cü ildəki vəziyyətinə qayıtmasını tələb edir. Əvvəlki konstitusiyaya görə parlamentin səlahiyyətləri prezidentinkindən daha çox idi.

Prezident Viktor Yanukovych və onun parlamentdə çoxluq təşkil edən tərəfdarları bu dəyişikliyin əleyhinədirlər.

Müxalifət lideri Vitali Klitschko bazar günü Kiyevdə on minlərlə adamın iştirak etdiyi mitinqdə bildirib ki, onların prezidentə "diktator hakimiyyəti" verməyən konstitusiya istəyirlər.