İsveçrə Avropa İttifaqından mühacirəti məhdudlaşdıracaq

İsveçrədə keçirilən referendumda iştirak edənlərin 50 faizdən bir qədər çoxu ölkəyə Avropa İttifaqından mühacir axınının məhdudlaşdırılması tədbirlərinə səs verib.

Bu o deməkdir ki, İsveçrə ilə Aİ arasında hərəkət azadlığı sazişi qüvvəsini itirib.

Brüssel Aİ-nin üzvü olmayan İsveçrədən gələn bu xəbəri kədərli adlandırıb.

Çoxmillətli İsveçrədə mühacirətin əleyhinə fransızdillilər, leyhinə isə italyandillilər səs veriblər.

Almandilli əhalinin mövqeyi haçalanıb.