Zorən köç, bir kənd dramı - Deman

Azərbaycanın İranla sərhəddində yerləşən Yardımlının Deman kəndi. Bu kəndə gedən yollar sərhəddin dibindən keçir.

1948-ci ildə Azərbaycan SSR-nın Yardımlı rayon ərazisində sərhəd pozuntusu baş verir. İranın Xoy hərbi briqadası İran sərhəddindən keçərək əvvəlcə neytral əraziyə, sonra isə Yardımlının 20-ə yaxın kəndinə soxulmağa cəhd edir. Bir neçə gün davam etən toqquşmadan sonra vəziyyət sakitləşir, həyat əvvəlki axarına düşür. Amma gələcəkdə yaşanacaq bir hadisənin başlanğıcı qoyulur - Zorən Köç.

Sərhədlərin təhlükəsizliyi və qorunması adı altında Sovet Hökumətinin qərarı ilə 1953-cü ildə bu rayonun 20-ə yaxın kəndi Aran bölgələrinə köçürülür. Bu kəndin əhalisi əsasən indiki Şirvan şəhərində məskunlaşdırılır. Kəskin iqlim dəyişikliyi və xəstəliklər ucbatından qeyri-rəsmi məlumata görə əhalinin yarıdan çox qırılır. Amma geriyə dönüş mümkünsüz olur, ta Sovetlərin çöküşünədək...

Sovetlərin çöküşü zamanı bir qrup şəxsin ölkə Ali Sovetinə yazdığı məktub müsbət həll olunur və demanlıların öz dədə-baba torpaqlarına qayıdışı üçün yaşıl işıq yanır. O tarixdən sonra köhnə sakinlərin bir qismi geri qayıdır.

Amma dönüş sevinci az çəkir. Yenidən kəndlərinə qayıdan əhali görür ki, neytral ərazi daha genişlənib, tikanlı simlər ta onların yaşayış yerlərinə qədər gəlib çıxıb. Həyatlarını sadəcə heyvandarlıqla təmin edə bilən əhali üçün bu ağır zərbə olur. Çünki, heyvanların əsas otlaq yeri neytral zonada qalır.

Sonrakı illərdə əhali Demandakı uçub dağılmış köhnə evlərini yeniləri ilə əvəzləyir, yaşamaq üçün labüd problemləri həll etməyə başlayırlar. Amma heç cür örüş problemini kökündən həll edə bilmirlər.

Sonrakı illərdə əhali Demandakı uçub dağılmış köhnə evlərini yeniləri ilə əvəzləyir, yaşamaq üçün labüd problemləri həll etməyə başlayırlar. Amma heç cür örüş problemini kökündən həll edə bilmirlər.

Örüş problemini həll etmək üçün indi bu yola əl atılır: Kəndin mal-qarasını, qoyun-quzusunu otaran çobana aidiyyatı orqanlar möhürlü sənəd veriblər. Hər gün çoban neytral zonaya-örüşə heyvanları apararkən sərhədçilər heyvanları sayır və çobanın sənədinə qeyd edərək onları əraziyə buraxır və axşam yenə heyvanlar sayılır və çobanın heyvanları neytral zonadan çıxarmasına, evə qayıtmasına icazə verilir.

Bu haqda kəndin çobanı deyir: Vay o günə ki, sərhəddə bir anlaşılmazlıq olsun, o zaman günlərlə biz heyvanları ora apara bilmirik, heyvanlar da ac qalır.

Biz orada olduğumuz ərəfədə sərhəddə nəsə anlaşılmazlıq olduğu qeyd edilirdi. Ona görə artıq dörd gün idi ki, kəndin heyvanları neytral əraziyə buraxılmırdı. Hər gün səhər çoban heyvanları neytral ərazinin qapısına gətirir və sonra kor-peşman geri qayıdırdı.

Çoban quru otları yandırıb üzərində çay qaynadır.

Çoban quru otları yandırıb üzərində çay qaynadır.

Deman kəndi və otlaqsız ərazilər.

Deman kəndi. Zorən köçdən əvvəl və qayıdışdan sonra vəfat edənlərin dəfn edildiyi məzarlıq.

Deman kəndinin bir otaqdan ibarət ibtidai təhsil verən İbtidai məktəb.

Deman kəndinin bir otaqdan ibarət ibtidai təhsil verən İbtidai məktəb.

Kənd müəllimi məktəb qapısını açarkən.

Kənd müəllimi məktəb qapısını açarkən.

Bir sinifli İbtidai məktəb.

Bir sinifli İbtidai məktəb.

Bir sinifli İbtidai məktəb.

Azyaşlı Deman sakini.

Kənd mağazası.

Kəndin əsas problemlərindən biri sudur. Əhali uzun yol qət edirlər ki, evlərinə içməli su gətirə bilsinlər.

Kəndin əsas problemlərindən biri sudur. Əhali uzun yol qət edirlər ki, evlərinə içməli su gətirə bilsinlər.

Kəndin əsas problemlərindən biri sudur. Əhali uzun yol qət edirlər ki, evlərinə içməli su gətirə bilsinlər.

Kəndin azyaşlı sakinləri. Bacılar.

Kəndin azyaşlı sakinləri.

Kəndin azyaşlı sakinləri.

Deman kəndinin məscidi.

Kənd məscidinin içi.

Kənd məscidinin içi.

Kənd məscidi. İbadət edən demanlı.

Kənd məscidi. İbadət edən demanlı.

Kənd məscidi. İbadət edənlərə tamaşa edən azyaşlı demanlılar.

Deman kəndinin köhnə evləri.

Deman kəndində at çapan oğlan.

Deman kəndi.