Naxçıvanda əhalidən qanunsuz xeyli silah-sursat yığılıb

silah

-
Ötən il Naxçıvanda xeyli sayda qanunsuz saxlanılan silah-sursat toplanıb. Bu haqda muxtar respublikanın daxili işlər naziri Əhməd Əhmədov 2013-cü ilin yekunları ilə bağlı keçirilən müşavirədə məlumat verib. Məlumata görə, ötən il 138 ədəd odlu silah, xeyli sayda döyüş sursatı və hərbi ləvazimat könüllü olaraq polis orqanlarına təhvil verilib.