Azərbaycanda yeniyetmə intihar edib

-
Azərbaycanda yeniyetmə intihar edib.

Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yasab kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Rəşad Cəlilov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.