Bakının 5 rayonunu qazsız qoyan qəza aradan qaldırılıb

-
«Digah-Böyük-Şor» magistral qaz kəmərində sızmanın qarşısı alınıb.

Bu barədə Dövlət Neft Şirkəti (ARDNŞ) məlumat yayıb.

Şirkət bir saata həmin rayonlara qazın məhdudiyyətsiz verilişinin bərpa olunacağını bildirir.

Fevralın 1-i səhər saatlarından Bakının Nərimanov, Nizami, Sabunçu, Xətai və Binəqədi rayonlarına qazın verilməsində məhdudiyyət qoyulub.