Həkimlər çağırışa gedə bilməyib

Yanvarın 31-də Abşeron rayonunda bir nəfər qadının dəm qazından zəhərlənməsi ilə bağlı Təcili Tibbi Yardım Stansiyasına müraciət edilib. Amma yolların qarlı və sürüşkən olmasına görə həkimlər çağırışa gedə bilməyib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, qadını xəstəxanaya nazirliyin müvafiq xilasetmə qüvvələri çatdırıb.

Bu gün Bakının Xətai rayonunda səhər saatlarında Təcili Tibbi Yardım stansiyasının xüsusi nəqliyyat vasitəsi hava şəraitinə yolda köməksiz qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər avtomobili təhlükəsiz əraziyə çıxara biliblər.