Sabah qar yağacaq, çovğun olacağı ehtimalı var

-
Bakı və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 0-2 dərəcə isti, axşam 3 dərəcəyədək şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 30-da arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.