Mənzilini itirmək təhlükəsi ilə üzləşənlər bankın qarşısında etiraz aksiyası keçirib

Sizin brauzer HTML5-i dəstəkləmir

Qazaxıstanda ipoteka kreditlərini ödəyə bilmədiyi üçün mənzilini itirmək təhlükəsi ilə üzləşənlər yanvarın 27-də Almaatıda Milli Bankın qarşısında aksiya keçiriblər. Sakinlər faizlərin yüksək olması və bankların onlara qarşı ədalətsiz qərarlar qəbul etdiyindən şikayətlənirlər.