İki şirkətin əməkdaşlarına qarşı cinayət işi açılıb

-
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi «Pal Süd Dağıtım» və «Bərdə Yağ Pendir Az Qida» şirkətlərində korrupsiya faktlarının aşkarlandığı barədə məlumat yayıb.

Yanvarın 27-də Baş Prokurorluğun internet səhifəsində verilən məlumatda «Pal Süd Dağıtım»in iki satış təmsilçisinin cəmiyyətə məxsus 60 min manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilindiyi qeyd edilir.

«Bərdə Yağ Pendir Az Qida» şirkətində də satış təmsilçisi və qeyriləri cəmiyyətə 32 min manatdan çox ziyan vurmaqda ittiham olunur.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin «mənimsəmə və ya israf etmə». «mənimsəmə», «vəzifə səlahiyyətlərindən sui-istifadə» maddələri ilə cinayət işi başlanıb.