İlham Əliyev Fransanın xarici işlər naziri ilə görüşüb

-
Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Fransanın xarici işlər naziri Laurent Fabius ilə görüşüb.

AzərTAc-ın yazdığına görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.