Ən qalmaqallı Nobel mükafatçısının romanı – Bakıda

-

Nobel mükafatına layiq görülmüş, amma 2-ci Dünya Müharibəsi zamanı Hitleri dəstəkləmiş, sonradan buna görə mühakimə edilmiş Norveç yazıçısı Knut Hamsunun “Misteriyalar” romanı Azərbaycan dilində çap edildi.

Nadir Qocabəylinin ruscadan çeviridiyi, “Qanun” nəşriyyatının çap etdiyi romanda hadisələr dramatik, son dərəcə gərgin, kəskin psixoloji konfliktlər və toqquşmalar, anlaşılmaz müəmmalar fonunda baş verir.

Romanın qəhrəmanı Nagel şəxsiyyəti bütöv olan insan deyil, daima və hər yerdə ziddiyyətli davranır, sevgidə uğursuzluğa düçar olur. Nəhayət ki, gündəlik həyatın boşluğu onu bezikdirir, Nagel ətraf aləmə bütün marağını itirərək dəlilik həddinə çatır və axırda…