ATƏT-in Minsk qrupunun nümayəndələri təmas xəttində atəşə tutulub

-
ATƏT-in Minsk qrupunun nümayəndələri təmas xəttində atəşə tutulub.

Yanvarın 23-də Müdafiə Nazirliyinin internet səhifəsində verilən məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, hadisə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatandan sonra baş verib.

Bildirilir ki, Ermənistan hərbi birləşmələri Azərbaycan silahlı qüvvələrinin təmas xəttindəki mövqelərini və monitorinq iştirakçılarını atəşə tutublar.