Usubov əməliyyat zamanı ölən tənqidçinin həyat yoldaşını dinlədi

Elnarə Tofiqqızı

-

Baş prokurorun birinci müavini Rüstəm Usubov cərrahiyyə əməliyyatı zamanı ölən tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevi qəbul edib.

Jurnalist həkimləri səhlənkarlıqda günahlandırır və onların məsuliyyətə cəlb edilməsinə çalışır. Həkimlərsə günahkar olmadıqlarını bildirirlər.

A.Niftəliyevin verdiyi məlumata görə, Rüstəm Usubov onun narahat olduğu məqamlarla bağlı yerindəcə göstəriş və tapşırıqlarını verib. “Ölüm işinin birbaşa Baş prokurorun və cənab Usubovun nəzarətində olduğuna və istintaqın obyektiv yekunlaşacağına əminliyim yarandı”.

Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Bakıdakı “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.