Masallıda oğurluğa qarşı aksiya keçirilib

Masallı

-
Yanvarın 21-də Masallının Şıxlar və Yeddi Oymaq kəndlərinin sakinləri etiraz aksiyası keçiriblər.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, etirazçılar Bakı-Astara yolunu kəsiblər.

Sakinlər bildirirlər ki, onlar kəndlərdə oğurluq hallarının çoxalmasından, polisin isə bunun qarşısını almamasından narazıdırlar.

Masallı rayon polisi AzaqdlıqRadiosuna hər hansı etiraz aksiyasının keçirilmədiyini bildirib.