Məni kim öldürdü

-

Gənc yazar Günel İmrandan yeni kitab gəldi: Məni kim öldürdü? ("Qanun" nəşr.)

Bəzən biz həyatda addımlayarkən qarşımıza çıxan sual işarələrini görmədən keçirik.

Həyat isə Sfinks kimi hər zaman bizi sualla qarşı-qarşıya qoyur.

Edip sualın cavabını tapdı. Həyatı xilas oldu. Amma qədərinə düşən faciədən, lənətdən qurtula bilmədi.

Bəs əsərin baş qəhrəmanı Adəm bu sınaqdan necə çıxacaq?

Törədilən kriminal hadisə qəhrəmanın dolaşıq şüur labirintinə çevrilir.

Adəm düşdüyü zülmət labirintdən çıxış axtararkən rəngsiz adam onu izləyir.

Bu rəngsiz adam Edipdirmi?

Fantaziyalar, miflər ger­çəkləşir və Adəmin keçmişilə toqquşur.

Bütün bunlar yeni kitabda.