Bakıda «İntihar etmə» flaşmobu keçirilib

-
... Gənclərdən ikisi özünü ipdən asır, biri yüksəklikdən atır, digəri damarını kəsir. Digərləri isə «İntihar etmə, inad et», «Bu tamaşa deyil, gerçəklidir» plakatları qaldırıb.
Yanvarın 19-da Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Opera və Balet Teatrının qarşısında intiharlar əleyhinə flaş-mob keçirib.
Hərəkatın rəhbəri Hacı Zeynallı deyib ki, 18 gündə 18 intihar hadisəsi olub. Bunların da hamısı cəmiyyətdəki sosial problemlərdən xəbər verir.
Flaş-mobdan sonra gənclər əllərində plakatlar Nizami küçəsinə qədər yürüş edib. Burda polis onların qarşısını kəsib. Əvvəlcə plakatları yığışdırmaqla bağlı xəbərdarlıq edib.

Sonra plakatları onların əllərindən alıb.