Suriyada 130 mindən çox adamın öldürüldüyü bildirlir

Foto arxiv

BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay bəyan edib ki, Suriyada Bashar Assad rejiminə qarşı mübarizə aparan silahlı qrupların tərətdiyi qətllərə hərbi cinayət kimi baxmaq olar.Onun yaydığı bəyanatda ilin əvvəllərindən bu yana Suriyada ekstremis qüvvələr tərəfindən əsir götürülmüş mülki şəxslər və hərbçilərin kütləvi şəkildə qətlə yetirildiyi bildirilir.

Böyük Britaniyada fəaliyyət göstərən suriyalı hüquq müdafiəçilərin məlumatına görə, 2011-ci ilin martından bu yana Suriyada 130 mindən çox adam öldürülüb.