Praqadakı Fələstin səfirliyindən daha bir partlayıcı tapılıb

Foto arxiv

Praqadakı Fələstin səfirliyində daha bir partlayıcı qurğu aşkar edilib.

Xatırladaq ki, yanvarın 1-də səfirlikdə baş verən partlayış nəticıəsində Fələstin səfiri Jamal Muhammad Jamal həlak oldu.

İkinci partlayıcı kitabda düzəldilmiş gizli dəlikdə aşkar edilib.Praqanın polis rəisi Martin Vondrasek bu plastik bombanın əvvəllər Çexoslavakiyada, hazırda İsə Çexiyada istehsal olunduğunu deyir.

İstintaq gedir.