Azərbaycan və Fransa müdafiə naziri sənəd imzalayıb

Müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya rəsmi səfəri çərçivəsində görüşlər keçirib.

Azərbaycan nümayəndə heyətini nazir Jan-İv Le Drian qarşılayıb.

Z.Həsənov Fransaya rəsmi səfərinin uğurla keçdiyini vurğulayıb, Parisdə Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin, hərbi sənaye şirkətinin rəhbərləri ilə səmərəli görüşlər keçirdiyini bildirib.

Nazirlər müdafiə sahəsində əməkdaşlıq haqqında texniki anlaşmaya dair sənədi imzalayıblar.

Azərbaycanın müdafiə naziri yanvarın 14-də Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Eduard Qiyo ilə də bir araya gəlib.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.