Tovuzda dinc sakin minaya düşüb

Tovuz rayonun Ermənistanla həmsərhəd ucqar Qaralar kəndinin 40 yaşlı sakini Hidayət Müseyibov minaya düşüb.

Hadisə barədə Tovuz rayon polis şöbəsindən verilən məlumata görə, sakin heyvanlarının ardınca gedərkən minaya düşüb. Sağ ayağından ciddi xəsarət alan 40 yaşlı Qaralar kənd sakini,dərhal yaxınlarının köməyi ilə Tovuz Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, sağ ayağının pəncəsi və barmaqları cidii xəsarət alan zərərçəkənin baş baramaqının amputasiya olunması gözlənilir.