Naxçıvanın 90 illik yubileyi qeyd olunacaq

Naxçıvan

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 2014-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur.Bu Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixində mühüm hadisə olduğunu nəzərə alaraq dövlət səviyyəsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi qeyd olunsun.