Şahmat ustası Vüqar Həşimov dəfn olundu

Vüqar Həşimov

Almaniyanın Heydelberq xəstəxanasında vəfat edən  azərbaycanlı şahmat ustası Vüqar Həşimov dəfn olundu.Respublika Şahmat Mərkəzində keçirilən vida mərasimində dövlət rəsmiləri, millət vəkilləri, mərhumun yaxınları və idmançı yoldaşları iştirak ediblər.Vüqar  Həşimov mərasimdən sonra 3-cü Fəxri xiyabanda dəfn edilib.

Üçqat Azərbaycan  və 1 dəfə Avropa çempionu  olan  Vüqar Həşimov yanvarın 11-də vəfat edib. O başındakı bəd xassəli şişdən əziyyət çəkirdi.