Günter Grass romançı karyerasını bitirdi

Gunter Grass

-

Nobel mükafatlı Günter Grass romançı karyerasını bitirdiyini elan edib.

86 yaşlı alman yazıçı deyib ki, çətin ki daha bir roman yazmağa gücü çatsın:

“Səhhətim 5-6 il çəkən layihələr üzərində çalışmağa imkan vermir. Mənə bir romanı bitirmək üçün məhz bu qədər vaxt gərək olur”.

İndi yazıçının “yaradıcılıq fəaliyyəti” yalnız akvarellə rəsm çəkməkdən ibarətdir.

Grass 1959-cu ildə yazdığı “Tənəkə təbil” romanından sonra məşhurlaşıb. 1999-cu ildə Nobel mükafatına layiq görülüb.

2006-cı ildə verdiyi bir açıqlama birmənalı qarşılanmayıb. 17 yaşında "Vaffen SS"də xidmət etdiyini ictimaiyyətə açıqlayandan sonra o, həm Almaniyada, həm də dünyada sərt tənqidlərlə üzləşib.