Milli Şuranın sessiyasının vaxtı açıqlanıb

-
Demokratik Qüvvələrin Milli Şurası növbəti sessiyasını yanvarın 16-da AXCP-nin mənzil qərargahında keçirəcək.

Bu barədə Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev AzadlıqRadiosuna bildirib.

Sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, təşkilati məsələlər, qurumun bu ildəki Fəaliyyət Planı, Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunmasına hazırlıq işləri müzakirə olunaq.