Bakının Xəzər rayonunda qaz olmayacaq

-
Yanvarın 13-də Bakının Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Məlumatı «Azəriqaz» İstehsalat Birliyi yayıb.

Təmir işləri ilə əlaqədar yanvarın 13-də saat 11:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.