İngiltərədə 5 yaşınadək uşaqların 9 faizi müsəlmandır

İngiltərədə və Uelsdə 5 yaşınadək uşaqların 9,1 faizi müsəlmandır.

Cümə günü Britaniyanın Milli Statistika İdarəsi 2011-ci ilin siyahıalmasının nəticələrini açıqlayıb.

İdarənin hesabatına görə, uşaqlar arasında müsəlmanların payı yaşlılar arasında müsəlmanların payından iki dəfə çoxdur.

85 yaşından yuxarı isə Britaniyada 200 adamdan yalnız biri müsəlmandır.