Qatar bələdçiləri etiraz edirlər

Etiraz edən qatar bələdçiləri

-
“Azərbaycan Dəmir Yolları” QSC-nin qatar bələdçiləri bu gün Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçiriblər.

Təxminən 50 kişi bələdçi Bakı-Xarkov, Bakı-Moskva, Bakı-Kiyev, Bakı-Leninqrad reysləri üzrə yeni qatarlara buraxılmadıqlarını, iş saatlarının azaldıldığını bildirirlər. Etirazçıların sözlərinə görə, onlara qeyri-rəsmi olaraq başqa iş tapmaları tövsiyə olunub. Bələdçilər qadın bələdçilərlə əvəzləndiklərini deyirlər. Onların sözlərinə görə, dəyişikliklər 300-dək bələdçini əhatələyir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, hazırda etirazçılar Administrasiyada qəbuldadırlar.