Niaqara şəlaləsi donub

Niaqara şəlaləsi

Niaqara şəlaləsi

-
Şimali Amerikadakı şaxtalı hava 52 metr hündürlüyündə olan Niaqara şəlaləsinin də donmasına səbəb olub.

Kanada ilə ABŞ-ın sərhəddində olan şəlalə havanın tempraturunun -20 dərəcəyə düşməsindən sonra tamamilə donub.

Şəlalənin ABŞ hissəsinin tamam donduğu, Kanada torpaqlarında isə bir hissəsinin donduğu bildirilir.

Niaqara şəlaləsi bundan əvvəl 1936-cı ildə tamamilə donub.