Şəkidə hind toyuqları təsərrüfatı yaradılır

-
Azərbaycanda ilk dəfə Şəki rayonunda hind toyuqları təsərrüfatı yaradılacaq.

APA-nın məlumatına görə, yanvarın 8-də bununla bağlı İsraildən gələn bir qrup iş adamı ilə Şəkidə rayon icra hakimiyyəti və müvafiq təşkilatların nümayəndələri arasında müzakirələr aparılıb.

Görüşdə bunun üçün Şəkidə böyük ehtiyat mənbələrinin olduğu bildirilib. İsrailli iş adamları yeni yaradılacaq quşçuluq müəssisəsinin illik gücünün 5 min tondan artıq olacağını bildiriblər. Təsərrüfatda 200-dən çox adamın işlə təmin olunacağı bildirilir.