BMT Suriyadakı itkilər barədə məlumat verə bilmir

UN human rights council logo

BMT Suriyadakı itkilər barədə məlumat verilməsini dayandırıb.

Təşkilat bunun səbəbini əməkdaşlarının döyüş zonasına gedə bilməməsi, itkilər barədə məlumat ala bilməməsi ilə izah edir.

BMT-nin iyulda verdiyi son məlumata görə, 2011-ci ilin martından bu yana ölkədə gedən vətəndaş müharibəsində 100 mindən çox adam ölüb.