Gürcüstanda benzin və dizel yanacağının qiyməti aşağı düşüb

arxiv foto

-
Gürcüstanın neft kompaniyası bayram günlərində benzin və dizel yanacağının qiymətini aşağı salıb. “Lukoil Georgia” şirkəti də yanvarın 5-dən benzin və dizel yanacağının pərakəndə qiymətində 5-10 tetri endirim edib (1 lari – 0,58 ABŞ dollarıdır).

Beləliklə, hazırda “avro requlyar” benzinin qiyməti 1 litri 1,97 lari, “avro super” benzinin qiyməti isə 2,22 laridir.

Bundan öncə, “Sun Petroleum Georgia” şirkəti də benzinin bəzi növlərində endirim edib. Məsələn, bu kompaniya “avro requlyar” benzinini 2,02 lariyə satır. Dizel yanacağının bir litri isə 2,04 laridir. Hər ikisində qiymət 5 tetri aşağı düşüb.

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) da Gürcüstanda öz qiymətlərini aşağı salıb. Məsələn, “avro requlyar” benzinin qiymətində bu şirkət də 5 tetri endirim edib.