Azərbaycan yığması Çexiyaya məğlub oldu

Foto arxov

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Granatkinin xatirəsinə həsr olunmuş XXVI turnirin növbəti qrup oyunları keçirilir.

1996-cı ildək təvəllüdlü futbolçular arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşıb.Görüş 2:0 hesabı ilə Çexiya millisinin xeyrinə qurtarıb.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəlki görüşdə Yunanıstan yığması ilə 1:1 oynayıb.