“Haqqı çək” adlı müsabiqə keçirilir

-
Yanvarın 3-də “Art for Democracy” kampaniyası “Haqqı çək” adı altında rəsm, karikatura və foto müsabiqə keçirir.

Bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov öz Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, belə bir müsabiqə ilk dəfədir təşkil edilir. Müsabiqə təşkilatçıları ümid edirlər ki, rəssamlar, fotoqraflar, karikaturistlər və bu işlə məşğul olan şəxslər yarışmada fəal olacaqlar.

Müsabiqə Azərbaycanda insan haqları, demokratiya, azad və ədalətli seçki, vətəndaş fəallığı kimi mövzuları əhatə edir.

Qalibləri pul mükafatı gözləyir.

Müsabiqə bitdikdən sonra həm qalib gəlmiş, həm də müsabiqəyə təqdim edilmiş bütün işlərin sərgisi təşkil olunacaqdır.