147 neftçi ixtisar olunur

-
“Bahar Energy Operating Company” (BEOC) şirkəti 147 neftçinin ixtisarı barədə yanvarın 1-də rəsmi məlumat yayıb. Şirkət bəyan edib ki, 147 əməkdaşla əmək müqaviləsi 2014-cü ildə yenidən bağlanmayacaq.

“Bu qərar bütün amillərin diqqətlə öyrənilməsindən sonra qəbul edilib və ən müasir avadanlıqlar tətbiq edən, biznes prosesini avtomatlaşdıran BOEC-in daha effektiv şirkətə çevrilmək səyləri ilə bağlıdır,” bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, işdən azad olunan əməkdaşlara kömək üçün şirkətin rəhbərliyi onlara altı aylıq əmək haqqı həcmində kompensasiya təyin edib.

“BOEC şirkəti qəbul edilən qərarla bağlı təəssüfləndiyini bildirir,” bəyanatda qeyd olunur.
“Bahar Energy” 2009-cu ildə Xəzərdəki “Qum dəniz” və “Bahar” yataqlarının istismarına dair ARDNŞ-lə müqavilə bağlayıb.