Azərbaycanın Xarici İşlər Nazirliyi Volqoqraddakı terrora münasibət bildirib

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Volqoqrad şəhərində törədilən terror aktları ilə bağlı bəyanat verib.

Bəyanatda bildirilir ki, nazirlik dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır.

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir” - deyə, bəyanatda vurğulanır.