Kabardin Balkariyada antiterror əməliyyatı rejimi tətbiq edilib

Kabardin Balkariyanın Çeqeme şəhərindəki döyüşlərdə iki yaraqlı öldürülüb, iki polis yaralanıb.

“İnterfax” hüquq mühafizə orqanlarına istinadən yaydığı xəbərə görə dekabrın 30-da səhər polis əməkdaşları dörd nəfərin olduğu fərdi evi mühasirəyə alıb.

Polisin təslim olmaq təklifinə silahlılar atəşlə cavab veriblər. Bundan sonra atışma olub.

Şəhərdə antiterror əməliyyatı rejimi tətbiq edilib.