Başa çatmaqda olan 2013-ci ildə bütün dünya üzrə azı 70 jurnalist qətlə yetirilib.
Bu haqda Jurnalistlərin Beynəlxalq Müdafiə Komitəsi xəbər verir.
29 media əməkdaşı Suriyada silahlı münaqişənin işıqlandırılması zamanı həlak olub. 10 jurnalist İraqda, 6-sı Misirdə, 5-i Pakistanda öldürülüb.
Təşkilatın direktor müavini Robert Mahoney bu ilin hadisələrini şərh edərkən bildirib ki, “Yaxın Şərq jurnalistlər üçün ölüm meydanı olub”.