12 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı

arxiv foto

-
12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev işdən çıxarılıb. Bunu Azadlıqradiosuna Penitensiar Xidmətin mətbuat mərkəzinin rəhbəri Mehman Sadıqov deyib.

Onun dediyinə görə, Aftandil Ağayev Penitensiar Xidmətin rəisi Mədət Quliyevin təqdimatı ilə işdən azad olunub. Ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə onun səlahiyyətlərinin icrası 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova tapşırılıb.

Bundan öncə həmin müəssisədə cəzaçəkmiş ictimai xadimləri və jurnalistlər orada məhkumlarla qeyri-insani davranışla bağlı dəfələrlə məsələ qaldırıblar.

Ombudsman da oradakı vəziyyətin araşdırılması üçün ədliyyə nazirinə müraciət etmişdi.

Hələ ki müəssisə rəisinin hansı səbəblə işdən çıxarıldığı açıqlanmır.