Tolstoyun bütün etirafları bir kitabda

-

Rusiyanın zəngin adamlarından olan qraf Tolstoyun həyatda nə sıxıntıları ola bilərdi?

Böyük yazıçının "Etiraf"ında əsas qəhrəman elə onun özüdür. Bu dəfə öz həyatı haqqında yazır.

Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir.

Kitabı çap edən "Parlaq imzalar" nəşriyyatının təqdimatından:

"Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır".

Bakı Kitab Klubu