Böyükşor gölü barədə fərman imzalandı

-
Prezident İlham Əliyev Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Nazirliyə tapşırılıb ki, gölün bərpa edilməsini, o cümlədən göldə mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılmasını, mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etsin, qorunub saxlanılmasına nəzarəti həyata keçirsin.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə gölə (onun mühafizə zonasına) tullantı sularının axıdılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Gölə (onun mühafizə zonasına) istehsalat və məişət tullantılarının atılmasının, gölün səthinin azalmasına səbəb olan kənar yerlərdən torpaq qruntunun daşınması və yayılmasının qarşısının alınmasını təmin etmək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.