İlham Əliyevin ad günündə Gəncədə ağac əkirlər

Gəncədə ağacəkmə - 24 dekabr 2013

-
Prezident İlham Əliyevin ad günü münasibətilə dekabrın 24-də şəhərin Məhsəti qəsəbəsi ərazisində, Gəncə Beynəlxalq Hava Limanının ətrafında ağacəkmə kampaniyasına start verilib.

Dekabrın 30-dək davam edəcək aksiyada 52 min ağacın əkilməsi nəzərdə tutulur.

Ad günü kampaniyasına təhsil, səhiyyə və mədəniyyət işçilərinin, idarə və müəssisə kollektivlərinin minlərlə nümayəndəsi cəlb edilib.

Qəsəbədə 25 hektar ərazi təmizlənib.

Bu kampaniya IDEA (International Dialogue for Environmental Action) təşkilatı və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir. Ağaclar aqrotexniki şərtlərə əmək olunaraq damcılama, suvarma sistemi ilə təchiz olunub.

Son iki ildə Gəncədə 2 milyondan artıq ağac əkilib.