Rusiya Qırğızıstanının dövlət qaz şirkətini 1 dollara alıb

Almazbek Atambaev

Qırğızıstan prezidenti Almazbek Atambaev “Kirgizgaz” şirkəti ilə bağlı Moskva ilə Bişkek arasında əldə olunmuş razılaşma barədə qanun imzalayıb.

Qanuna əsasən Rusiyanın “Gazprom” şirkəti Qırğızıstan Dövlət Şirkətini 1 dollara alır, əvəzində isə bu ölkənin qaz infrastrukturuna 655 milyon dollar sərmayyə qoyur.